Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 35

1Ya Rəbb, mənimlə çəkişənlərlə Sən çəkiş.Mənimlə döyüşənlərlə Sən döyüş.2Qalxan və sipərini əlinə al,Qalx, mənim imdadıma çat.3Nizəni tutub ardımca düşənlərin yolunu kəs,Qəlbimə söylə: «Səni qurtaran Mənəm».4Canımın qəsdinə duranlarQoy utanıb rüsvay olsunlar,Mənə qarşı pis niyyəti olanlarGeri qovulub biabır olsunlar.5Saman çöpü tək olsunlar, onları yel sovursun,Rəbbin mələyi onları silib atsın.6Qoy yolları zülmət, sürüşkən olsun,Qoy Rəbbin mələyi onları qovsun.7Çünki nahaq yerə mənə tələ qurdular,Nahaqdan canım üçün quyu qazdılar.8Qoy başlarına qəfil fəlakət gəlsin,Qurduqları tələyə özləri düşsün,Hazırladıqları bəlaya düçar olsunlar.9Onda canım Rəblə şad olacaq,Məni qurtardığı üçün qəlbim fərəh tapacaq.10Bütün varlığımla belə deyəcəyəm:«Ya Rəbb, Sənin kimisi varmı?Məzlumu ondan güclünün əlindən,Məzlumu və fəqiri istismarçının əlindən azad edirsən».11Amansız şahidlər qalxırlar,Yalandan üzümə dururlar.12Yaxşılığımın əvəzində onlardan yamanlıq görürəm,Əzizi ölən bir adama bənzəyirəm.13Vaxtı ilə onlar xəstələnərkənÇul geyib, oruc tutub canıma zülm edirdim,Başımı aşağı salıb dua edirdim.14Onları özümə dost və qardaş bilirdim.Anası üçün yas tutan adam təkBükülüb hüznlə gəzirdim.15Lakin mən büdrəyərkənBir yerə toplaşıb sevindilər.Tanımadığım əclaflar mənə qarşı toplaşdılar.Dayanmadan məni didirdilər,16Şikəstləri təhqir edən allahsızlar kimiMənə dişlərini qıcayırdılar.17Ey Xudavənd, nə vaxta qədər buna baxacaqsan?Canımı məhv edilməkdən,Həyatımı bu gənc aslanlardan qurtar.18Çoxlu camaat arasında Sənə şükür edəcəyəm,Çoxsaylı xalq arasında Sənə həmd edəcəyəm.19Qoyma haqsız düşmənlərim mənə görə sevinsin,Mənə nahaqdan nifrət edənlər bir-birinə göz vursun.20Çünki onlar sülh üçün danışmırlar,Sözləri ilə ölkənin dinc sakinlərinə fənd qururlar.21Ağızlarını üstümə iri açıb belə deyirlər:«Aha! Aha! Bax, öz gözümüzlə gördük».22Ya Rəbb, bunu gördün, indi susma,Ey Xudavənd, məndən uzaq durma.23Ey Xudavənd Allahım, oyan, qalx,Bu mübarizəmdən qoy mən haqlı çıxım.24Ədalətinə görə mənə bəraət qazandır,Ya Rəbb Allahım, qoyma mənə görə sevinsinlər.25Qoyma düşünsünlər: «Aha! Muradımıza çatmışıq!»Qoyma söyləsinlər: «Onun başını yemişik!»26Pis günümə şadlananlarQoy utanıb biabır olsunlar,Qarşımda qürrələnənlərXəcalətə, rüsvayçılığa bürünsünlər.27Mənim haqlı çıxmağımı istəyənlərSevinib Səni mədh etsinlər.Daim belə söyləsinlər:«Öz qulunun əmin-amanlığını istəyən Rəbb ucalsın!»28Dilim Sənin salehliyindən deyəcək,Daim Sənə həmd edəcəyəm!