Müqəddəs Kitab

Flash Needs to be Turned On

Zəbur fəsil 36

1Şər pis insanın ürəyinə pıçıldayır,Onun gözündə Allah qorxusu yoxdur.2Öz gözündə özünü yüksək tutur,Nə təqsirini görür, nə də ona nifrət edir.3Dilindən fitnə-fəsad düşmür,Müdrik, xeyirxah əməllərdən əl çəkib.4Yatağında fitnələr barədə fikirləşir,Pis yolda dayanır, şər işlərdən ikrah etmir.5Ya Rəbb, məhəbbətin göylərdədir,Sədaqətin asimanı bürüyür.6Dağlar kimi salehliyin uludur,Dərya kimi ədalətin dərindir.Ya Rəbb, həm insanı, həm heyvanı qoruyursan.7Ey Allah, məhəbbətin nə qədər qiymətlidir!Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır.8Evinin bolluğu ilə onları doydurursan,Sənin xoşhal edən axar çayından onları içirirsən.9Çünki həyat mənbəyi Səndədir,Biz Sənin nurunla görə bilirik.10Səni tanıyanlara məhəbbətini,Ürəyidüz olanlara salehliyini daima göstər.11Qoy təkəbbürlülərin təpiyi altında qalmayım,Pis adamların əli ilə qovulmayım.12Gördüm ki, şər iş görənlər yıxılıblar,Onlar yerə sərilib, daha qalxa bilməzlər.