Oxuyun

Flash Needs to be Turned On

Yeşaya fəsil 62

1Salehliyi nur kimi saçanadək,Qurtuluşu məşəl tək yananadəkSion naminə susmayacağam,Yerusəlim naminə sakit durmayacağam.2Millətlər salehliyini, Bütün padşahlar əzəmətini görəcək.Rəbbin ağzı ilə deyəcəyi,Sənə verəcəyi yeni bir adla çağırılacaqsan.3Sən Rəbbin əlində gözəllik tacı,Allahının ovcunda padşahlıq çələngi olacaqsan.4Artıq sənə «atılmış»,Ölkənə «viranə qalmış» deməyəcəklər.Əvəzinə sənə «sevdiyim»,Ölkənə isə «ərli» deyiləcək.Çünki Rəbb səni sevəcək,Ölkən də ərli sayılacaq.5Bir gənc bakirə qızla evləndiyi kimiSəni Yaradan da səninlə evlənəcək.Bəy gəlindən zövq aldığı kimiAllahın da səndən zövq alacaq.6Ey Yerusəlim, divarlarının üstünəMən qarovulçular qoydum.Gecə-gündüz onlar susmayacaq.Ey Rəbbə sözünü xatırladan sizlər, susmayın,7Rəbb Yerusəlimi bərpa edənədək,Onu yer üzünün tərifə layiq şəhərinə döndərənədəkOna rahatlıq verməyin!8Rəbb sağ əlini, güclü qolunuQaldırıb and içdi:«Düşmənlərinə sənin taxılını bir daha yedirtməyəcəyəm,Yadellilər sənin əziyyətlə sıxdığın şərabını içməyəcək.9Taxılı yığan yeyəcək,Rəbbə həmdlər edəcək.Üzümü toplayan şərabınıMəbədimin həyətlərində içəcək».10Keçin, keçin şəhər darvazalarından,Xalq üçün yol hazırlayın!Tikin, yol salın,Daşları kənara atın,Xalqlar üçün bayraq qaldırın!11Rəbb yer üzünün ən uzaq yerlərinə bəyan etdi: «Sion qızına deyin:“Budur, qurtuluşun gəlir,Rəbbin mükafatı onunladır,Ənamı önündədir”».12Sion xalqına«Rəbbin satın aldığı, müqəddəs xalq» deyəcəklər.Sən, ey Yerusəlim,«Allahın axtardığı, tərk olmamış şəhər» adlanacaqsan.