Oxuyun

Flash Needs to be Turned On

Yeşaya fəsil 63

1Edomdan, Bosradan al geyimlər geyib Bu gələn kimdir?Təmtəraqlı libas içində,Böyük qüdrətlə gələn kimdir?«O Mənəm, həqiqətlə danışan,Qurtarmağa qadir olan».2Nə üçün geyimlərin qırmızıdır,Nə üçün libasın al rəngdədir,Sanki sən üzümsıxanda üzüm sıxırdın?3«Üzümsıxanda üzümü tək sıxdım, Yanımda xalqlardan heç kim olmadı.Qəzəb içində onları tapdaladım,Qeyzlə təpiyimin altına saldım.Qanları geyimlərimə sıçradı,Bütün libaslarımı bulaşdırdım.4Çünki qisas günü qəlbimdə idi,Xalqımı satın aldığım il gəldi.5Mən baxdım, kömək edən bir kəs yox idi, Mənim tərəfimi saxlayan olmadığına məəttəl qaldım,Onda qolum mənə zəfər gətirdi,Qeyzim mənə dayaq oldu.6Qəzəb içində xalqları tapdaladım,Qeyzimi onlara içirtdim,Qanlarını yerə axıtdım».7Rəbbin lütfkar işlərindən,Həmdlərə layiq əməllərindən nəql edəcəyəm.Böyük mərhəməti və məhəbbəti naminə,İsrail nəslinə etdiyi böyük xeyirxahlığına görə,Rəbbin bizə etdiyi bütün işlərinə görəOnu xatırlayacağam.8Rəbb dedi:«Əlbəttə, onlar Mənim xalqımdır,Məni aldatmayan övladlarımdır».Beləcə onlara Qurtarıcı oldu.9Onlar əziyyət çəkdikdəO da əziyyət çəkdi.Hüzurundan gələn mələk onları xilas etdi.Məhəbbəti və mərhəməti iləOnları satın aldı.Bütün keçmiş günlərdə onları götürüb apardı.10Lakin İsrail üsyankar olaraq Onun Müqəddəs Ruhunu kədərləndirdi.Rəbb də düşməni olubOnlara qarşı döyüşdü.11Sonra xalq keçmiş günləri – Rəbbin qulu Musanın dövrünü yada saldı.Onları sürüsünün çobanları ilə birgəDənizdən keçirən haradadır?Onların daxilinəMüqəddəs Ruhunu ehsan edən,12Öz əzəmətli gücü ilə Musanın sağ əlindən tutub,Özünə əbədi ad qazandırmaq üçünSuları qarşılarında yaran Rəbb haradadır?13Bir at çöldə yıxılmadan çapan kimiOnları da dərinliklərdən elə keçirən Rəbb haradadır?14Rəbbin Ruhu onlara elə rahatlıq verdi ki,Elə bil naxır otu bol olan dərədə otarılır.Bəli, Sən adını şərəfləndirmək naminəXalqına belə yol göstərdin.15Ya Rəbb, göylərdən bax,Müqəddəs, izzətli, uca məskənindən bizə nəzər sal!Haradadır Sənin qeyrətin, gücün?Qəlbindəki həsrəti, rəhmi bizdən əsirgədin.16Sənsən Atamız.İbrahim bizi tanımasa da,İsrail bizim kim olduğumuzu bilməsə də,Atamız Sənsən, ya Rəbb,Əzəldən bəri adın «Bizi Satınalan»dır.17Nə üçün, ya Rəbb,Bizi yolundan azdırırsan,Səndən qorxmayaq deyəQəlblərimizi inadkar edirsən?Qullarının xatirinə,İrsin olan qəbilələrinin xatirinə geri dön.18Müqəddəs xalqın qısa müddətə Sənin Müqəddəs məkanına sahib oldu.İndi isə oranı düşmənlərimizin ayağı tapdalayır.19Əzəldən bəri heç vaxtHakimlik etmədiyin xalqa bənzədik,Sanki Sənin adına bağlı xalq olmamışıq.